Vaxt.Az

Yer kürəsi üçün təhlükə varmı?


 

NASA xəbərdarlıq etdi

Yer kürəsi üçün təhlükə varmı? ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) sentyabrın 12-də Yerin yanından uçacaq asteroidlə bağlı xəbərdarlıq edib. Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.

Asteroid ilk dəfə 2008-ci il sentyabrın 8-də kəşf edilib.

Kosmik qayanın diametri demək olar ki, 94 metrdir və o, sentyabrın 12-də 6,7 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.

Asteroidin sürəti saatda təxminən 36.720 km-dir. Uzunluğu 150 metrdən çox olmadığı üçün asteroid potensial təhlükəli kateqoriyasına aid edilməyib. (Oxu.az)

 





12.09.2022    çap et  çap et