Vaxt.Az

“Bir qrup talan edir, bir qrup qanunu pozur”


 

Millət vəkili fars-molla rejimini tənqid etdi

“Bir qrup talan edir, bir qrup qanunu pozur” Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan Tehranda hicab qaydalarına əməl etmədiyi üçün İranın əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsa Əmini hadisəsi barədə açıqlama verib.

“Bizim ölkəmizdə xalqın qızını saçının bir neçə teli göründüyünə görə tuturlar,  sonra da meyitini ailəsinə təhvil verirlər”, – deyə, Pezeşkiyan bildirib.

O, bir neçə misal çəkərək şah dövrünün indiki ilə müqayiüsədə daha çox ədalətli olduğunu deyib.

“Hazırkı hökumət dövründə bir qrup şəxs oğurlayır, bir qrup yeyir-dağıdır, digər qrupu qanunu pozur”, – deyə Təbrizin millət vəkili hakimiyyəti tənqid edib.

 





19.09.2022    çap et  çap et