Vaxt.Az

“Bayden üçün başıaşağılıqdır”


 

Rəisinin ABŞ torpağına ayaq basmasına kəskin reaksiya

“Bayden üçün başıaşağılıqdır” Amerikanın respublikaçı senatoru Tom Kotton Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gedən İran prezidenti İbrahim Rəisini cinayətkar adlandırıb.

O, özünün “Twiter” hesabında İran prezidentini terror rejiminə xidmət edən, kütləvi qətl törədən cinayətkar adlandırıb.

“Rəisinin Amerika torpağına ayaq basmasına icazə vermək Co Bayden üçün başıaşağılıqdır” – deyə, senator yazıb.

İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.

Onun Nyu-Yorka səfəri xaricdə, özəlliklə Amerikada mühacirətdə yaşayan iranlı müxaliflərin geniş etirazları ilə qarşılaşıb.

 





20.09.2022    çap et  çap et