Vaxt.Az

Soydaşlarımız səfərbərliyə cəlb olunacaqmı?


 

Rusiya ordusu ilə bir illik xidmət müqaviləsi olan miqrantlara vətəndaşlıq verilməsində məqsəd ...

Soydaşlarımız səfərbərliyə cəlb olunacaqmı? Rusiyada səfərbərlik elan olunub. Qərardan dərhal sonra da Rusiya vətəndaşlığı almaq üçün proseduraların xeyli sadələşdirildiyi bildirilib.

Belə ki, Rusiya ordusunda ən azı bir illik xidmətlə bağlı müqavilə bağlayanların dərhal vətəndaşlıq alacağı açıqlanıb. Bu vəziyyət narahatlıq yaradacaq bir çox suallar doğurub.

Rusiyadakı azərbaycanlılar nə etməlidirlər? Səfərbərliklə bağlı onları nə gözləyir? Ukraynaya qarşı vuruşan Azərbaycan vətəndaşına ölkəmizdə hüquqi münasibət necə olacaq? XİN və Diaspora qurumumuz bu haqda nə düşünür?

Mediadan görünür ki, səfərbərlik elanından sonra Rusiyadakı miqrantlar arasında və onların aid olduğu bir çox MDB ölkələrində narahatlıqlar baş qaldırıb.

Bu ölkələr miqrantların müxtəlif üsullarla Ukraynaya qarşı müharibəyə cəlb olunacağından ehtiyatlanırlar.

İndiki zamanda oradakı azərbaycanlılara ciddi hüquqi məsləhətlər və köməklik göstərilməlidir.

Əgər Rusiyada həbsxanada olanları da müharibəyə göndərmək istəyirlərsə, demək çalışacaqlar ki səfərbərlik adı altında, müxtəlif şirnikləndirici təkliflər və TV propaqandası ilə  miqrantları da orduya cəlb etsinlər.

İndiki halda Rusiyadakı azərbaycanlılara, səfərbərliklə bağlı yeni yaranmış situasiyada atılacaq hüquqi addımlarla bağlı, alternativ məlumatlandırma ilə bağlı köməklik göstərilməsinə ciddi ehtiyac var.

 





22.09.2022    çap et  çap et