Vaxt.Az

“Kollektiv şüursuzluq”...


 

Bizim savaşımız və erməninin hədəfi ...

“Kollektiv şüursuzluq”... Müharibənin bir neçə növü var: siyasi müharibələr, vətəndaş müharibələri, dini müharibələr, etnik müharibələr və s. Bunların içində “Ən yaxşısı” siyasi müharibələrdir ki, sülhə gəlmək daha asandır. Qarşılıqlı güzəştlər üçün imkanlar həmişə var.

Ən qəddarı isə dini və etnik zəminli müharibələrdir ki, tərəflərdən biri ya fiziki, ya da ideoloji baxımdan tamamilə məhv olmayınca sülh mümkün olmur. Çünki milli-dini varlığını kimsə güzəşt masasına qoymaq istəməz. 

Qarabağ müharibəsi bizə görə siyasi, ermənilərə görə, etnik, dini müharibədir. Bizim savaş hədəfimiz birinci ermənidir, ermənin savaş hədəfi sonuncu azərbaycanlı. Ona görə də bizim sülh istəyimizin heç bir faydası və mənası yoxdur. Öldürmək fürsəti yaransa erməni üçün müharibə əleyhdarı olan azərbaycanlı ilə müharibə tərəfdarı olan azərbaycanlının heç bir fərqi olmayacaq. Çünki etnik və dini nifrət kollektivə yönəlik nifrətdir.

Ərəblərə dini, ruslara milli kimliyimizi güzəştə getdik deyə fiziki mövcudluğumuzu qoruya bildik. Ermənilərlə sülhə gəlmək üçün hər ikisini güzəştə getməliyik. Çünki ermənin bizə nifrəti Yunqun “kollektiv şüursuzluq” dediyi anadangəlmə psixoloji strukturdur. Bu nifrət bir nəsildən digərinə şüursuz şəkildə ötürülür. Mifoloji mənşəlidir. Yəni 1905-ci ildəki ermənin azərbaycanlıya münasibəti ilə 2022-ci ildəki erməninin azərbaycanlıya münasibəti arasında heç bir fərq yoxdur. Mifi məhv etməyin yolunu isə tarix çoxdan göstərib. Bir Herakl doğulur və ağına, bozuna baxmadan bütün mifləri qırıb-çatır. İnsanlığı xilas edir. Biz, əslində, bu müharibədə insanlığı təmsil edirik, çünki bizim tərəfimizdə “kollektiv şüursuzluq” nəticəsində ötürülən heç bir mif yoxdur.

 





30.09.2022    çap et  çap et