Vaxt.Az

Üç dünya çempionunun mübarizəsi


 

Alonsonun da yeri görünürdü

Üç dünya çempionunun mübarizəsi “Red Bull” Sinqapurda üç dəfə qazanmışdı. Hamısını da Fettellə. Dördüncü qələbə isə Pereslə gəldi. Özü də rahat qələbə qazandı. “Red Bull” “Ferrari”dən qat-qat üstündür. Peres belə rahat qazanırsa, Leklerin edəcəyi nəsə yoxdur.

Leklerin tempi birdən öldü. Təkər olmaya bilər. Çünki bu gün yeriyən Sayns belə az qala ona çatırdı. 

Saynsa gələndə isə, yağış performansı zəif olub həmişə. Bəlkə də bu gün təkəri gec qızdırdı. Təkər qızana qədər də dənlənirdi. Yenə də minimum vəzifəni yeri yetirdi. Podiumdadır. 

Mak Laren turnir cədvəlində “Alpine”i keçdi. “Aston Martin” isə AlphaTauri və Haas-ı.

Mark Verstappen həm güclü idi, həm də əsəbi. O səhvi etməsə, ikinci yerə qədər gələrdi. Amma yenə də yarışa rəng qatdı. 

Eynilə Hamilton da elə səhv etdi. Hələ Verstappenlə mübarizəsi əfsanəvi idi. Təcrübəsinin haqqını bu gün verdi. Hətta, sonlarda üç dünya çempionunun mübarizəsi (Fettel, Hamilton, Verstappen) əla idi. Kaş orada Alonso da olardı. “Alpine”nin hələ də belə etibarsız olması isə… 

Görək Peresə nə cəza verilir. Gözləyək görək.

 





02.10.2022    çap et  çap et