Vaxt.Az

Verstappen ciddi səhvi


 

Yağışlı yarışda titul şansının çətinliyi

Verstappen ciddi səhvi Nə olursa-olsun Vettel günün adamıdır. “Aston Martin”lə Suzuka kimi yerdə doqquzuncu olmağı ancaq Vettel bacara bilərdi. Burada 4 qələbəsi var idi və sübut etdi ki, heç də bolid hesabına olmayıb.

Maks Verstappen ciddi səhv elədi və böyük ehtimalla startda 3 yer itirəcək. Niyə titul şansını çətin vəziyyətə salır axı?

“Ferrari”lər gözlədiyimdən yaxın idi “Red Bull”a. Amma sabah yarış tempində necə olacaqlar? Gözləyək. Bu gün Sayns Leklerdən daha sürətli idi. Sürətli dövrəsində pit divarına yönlənməsə, bəlkə poul da alardı. Niyə belə etdi? Komanda istədi?

“Mercedes” deyəsən sabaha görə yağış sazlanmasında idi. Risk almalıdırlar heç olmasa bir qələbə üçün. Əgər yağış sazlanmaları seçiblərsə, sabah yağışlı yarışda bunun bəhrəsini görəcəklər.

Sabah yarış quru havada keçsə, Alpine bir podium edə bilər. Təbii ki öndəkilərin səhvi ilə. Bir də motor partlatmasalar.

Günün şanssızı Rikkardo idi. Yaxşı sessiya keçirirdi, amma Mak Laren onun başını yedi.

 





08.10.2022    çap et  çap et