Vaxt.Az

Suzukidə ilk qələbə...


 

... Alonso üçünsə heyf oldu

Suzukidə ilk qələbə... Əvvəl başlayaq FİA-dan. Yarışı 30 dəqiqə tez başlatmaq olardı. Onda tamam başqa yarış izləyə bilərdik.

Yarışa gəldikdə isə Maks yenə möhtəşəm idi. Lap “Ferrari” ağıllı davranıb tez yaşıl təkərlər keçsə belə, əminəm ki, Verstappen onu yenidən keçəcəkdi. Hələ Peres ona pressinq edib səhvə məcbur etdisə, Verstappen daha nələr edərdi.

Maks Suzukidə ilk dəfə qazandı və komandası onu pitə alsa və sürətli dövrə vursa, indi çempion idi. 

“Ferrari”yə gəldikdə isə maşının tempi “Red Bull”dan pis deyil, amma təkər istifadə edə bilmir maşın. Bu isə zəif maşın olmaqdan da pisdir. Məsələn, Okonun maşını təkəri normal işlədir. Ona görə də Hamiltonu arxasında saxlaya bildi. Özü də “Mercedes” yarış tempində “Alpine”dən sürətlidir. Amma Leklerin maşını güclü olsa da, təkər işləmir deyə sürmək olmur. Təkər problemi çox ciddi problemdir. 

Günün adamları isə Fettel və Alonsodur. Fettel vaxtında davrandı. “Aston Martin” sezonun ikinci yarısında İtaliyadan başqa bütün yarışlardan xal alıb. Alonso da iki dəqiqə tez pitə getsə, Hamiltonla Okonu da keçə bilərdi. Alonso üçün heyf oldu.

 





09.10.2022    çap et  çap et