Vaxt.Az

“Üzümə yaxşı baxsalar ...”


 

Bəstəkar Cavanşir Quliyev hansı təhsil ocaqlarında çalışacaq?

“Üzümə yaxşı baxsalar ...” “Azərbaycana gələn kimi ilk işim evimi təmizləmək oldu. İllərlə qapısı bağlı idi. Hərdənbir gedib-gəlirdim. Dostlarla görüşlərim oldu”.

Bu sözləri Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev “Axşam havası” verilişində deyib. 19 ildən sonra ötən ay birdəfəlik Azərbaycana qayıdan bəstəkar artıq işə də başladığını bildirib:

“Müxtəlif idarələrdə işləyən dostlarım gəlişimdən xəbər tutub, zəng etdilər. Müxtəlif yerlərə işə dəvət edirlər. Artıq Xəzər universitetində işə başlamışam. Bundan əlavə, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında da işlərim gözlənilir. Həyat başlayır, üzümə yaxşı baxsalar, getmərəm”.

 





12.10.2022    çap et  çap et