Vaxt.Az

“Heç bir məhdudiyyət yoxdur”


 

Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”

“Heç bir məhdudiyyət yoxdur” “Yaxın günlərdə Media Reyesteri tam fəaliyyətə başlayacaq”. Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumunun imzalanması zaman deyib.

O qeyd edib ki, ötən gün Baş nazir Əli Əsədov “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nı təsdiq etdi. “Bununla da islahatların normativ-hüquqi bazası təmin edilmiş oldu. Normativ-hüquqi baxımdan yalnız uyğunlaşdırılmalı olan sənədlər var ki, bunun üzərində də işlər aparılır”, – deyə Ə.İsmayılov əlavə edib.

İcraçı direktor qeyd edib ki, Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə verilən vəsiqə onlar haqqında reyestrə məlumatların daxil edilməsinin təsdiqidir: “Jurnalistlər Media Reyestrində qeydiyyatdan keçməkdə sərbəstdirlər. Bu o demək deyil ki, qeydiyyatdan keçməyən jurnalistlər işləməyəcək, yəni heç bir məhdudiyyət yoxdur, jurnalist öz fəaliyyətinə davam edəcək. Təəssüflər olsun ki, bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açırlar”.

 





12.10.2022    çap et  çap et