Vaxt.Az

“Facebook”da nə baş verir?


 

Sosial şəbəkədən milyarda yaxın profil silinib

“Facebook”da nə baş verir? Son günlər “Facebook” sosial şəbəkəsi istifadəçilərinin dostluq siyahısında kütləvi azalma olduğu ilə bağlı şikayətlər gün-gündən artır. Sosial şəbəkə rəsmiləri bu gün problemə aydınlıq gətirib. Baş verənlərin sistemin yeniləməsi ilə bağlı deyil, adi texniki səhv ucbatından olduğunu açıqlanıb.

Amma bəzi mənbələr baş verənləri “Facebook”un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib. Bir həftə öncə bəzi ABŞ media qurumlarının hesablarında da belə bir problem baş vermişdi.

Ümumiyyətlə, son zamanlar “Facebook” hesabatlarından görürdü ki, qurum botlardan istifadə edən 1.4 milyard istifadəçiyə qarşı tədbir görüb. Son yarım ildə sosial şəbəkədə milyarddan çox saxta profilinin silindiyi bildirilir.

 





12.10.2022    çap et  çap et