Vaxt.Az

Obama Ərəbistana gedib


 

ABŞ prezidenti Kral Abdullanın qarşısında yenə baş əyəcəkmi?

Obama Ərəbistana gedib Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Barak Obama prezidentliyi boyunca ikinci rəsmi səfərini S. Ərəbistanına reallaşdırıb.

Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi SPA-da verilən xəbərə görə, Obama Kral Abdullah bin Əbdüləziz ilə siyasi, ekonomik məsələləri və iki ölkə arasındakı əlaqələri müzakirə edəcəklər.

P.S. Xatırladaq ki, ABŞ prezidenti Səudiyyə Ərəbistanına ilk səfərində Kral Abdulla ilə salamlaşarkən həmkarının qarşısında əyilərək baş əymişdi. Bu olay dünyada, xüsusən də, Amerika cəmiyyəti tərəfindən birmənalı qarşılanmamış, bu ölkənin aparıcı KİV-ləri prezidenti ciddi tənqidlərə məruz qoymuşdu.

 





28.03.2014    çap et  çap et