Vaxt.Az

Antisemitizm – hayların növbəti xəstəliyi


 

Ermənilər yəhudilərə hətta farslardan da çox nifrət edir...

Antisemitizm – hayların növbəti xəstəliyi İsrailin nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post” ölkənin keçmiş müdafiə naziri Avigdor Libermanın 2018-ci ildə Qubada əkdiyi alma ağacının şəklini paylaşıb. Vurğulanır ki, həmin ağac Azərbaycanda 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş 50 min azərbaycanlının xatirəsinə həsr olunmuş muzeyin həyətində əkilib. İsrail nəşri bildirir ki, həmin qırğınlar zamanı 200 nəfər Azərbaycan yəhudisi də ermənilər tərəfindən qətl edilib...

“The Jerusalem Post”  yazır ki, İsrail və ABŞ-dan sonra dağ yəhudilərinin ən böyük mərkəzi-Qırmızı Qəsəbə Azərbaycanda yerləşir. Bu qəsəbədə dağ yəhudilərinin tarixini özündə əks etdirən muzey fəaliyyətini yenidən (koronadan sonra)  bərpa edib. O da qeyd olunur ki, dünyada 200 min dağ yəhudisi yaşayır. Onların 3.5 min nəfəri Azərbaycanın payına düşür...

Qəzet maraqlı statistik məlumata da yer verib: Belə ki, keçirilmiş sorğulara əsasən İran əhlisinin 56, Ermənistanın isə 58 faizi antisemitizmə yuvarlanıb. Yəni ermənilər hətta iranlılardan daha çox yəhudilərə nifrət edir. Heç şübhəsiz ki, bu nifrətin arxasında duran əsas amillərdən biri də Azərbaycan-İsrail dostluğudur...

 





16.10.2022    çap et  çap et