Vaxt.Az

Terrorçulardan İrana dəstək


 

“Hizbullah” fars-molla rejiminə köməyə gəldi

Terrorçulardan İrana dəstək İran hökuməti etirazların yatırılmasında xarici muzdlulardan istifadə edir. Bu barədə “Jerusalem Post” qəzeti məlumat dərc edib.

Qəzetin yazdığına görə, İran hökuməti ölkədə baş verən kütləvi nümayiş aksiyalarını yatırmaq üçün “Hizbullah” və “Həşd-Şəəbi” qruplaşmalarının xidmətindən istifadə edir.

“Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən yazır ki, İranın müxtəlif şəhərlərində, o cümlədən Tehranda repressiv hökumət qüvvələri arasında Livan ləhcəsi ilə ərəbcə danışan şəxslərə rast gəlinib.

Qəzetin bildirdiyinə görə, həmin şəxslər İranda hökumət əleyhinə etiraz dalğasının zorakılıqla yatırılmasına cavabdeh olan yüzlərlə polis, SEPAH və “Bəsic” qüvvələrinə kömək edir.

Qeyd edək ki, bundan öncə 2009-cu və 2019-cu illərdə də, etiraz aksiyalarının kütləviləşməsindən qorxuya düşən Tehran rejimi adı çəkilən muzdluların xidmətindən geniş istifadə etmişdi.

 





17.10.2022    çap et  çap et