Vaxt.Az

Fransa şirkəti İŞİD-ə yardım edirmiş


 

Sement nəhəngi 778 milyon dollar cərimələnib

Fransa şirkəti İŞİD-ə yardım edirmiş Fransanın sement nəhəngi “Lafarge”, ABŞ-ın Nyu-York şəhərindəki Bruklin Federal Məhkəməsində qaldırılan iddiada "İŞİD-ə kömək" cinayətini etiraf edərək, terror təşkilatı İŞİD-ə Suriyada zavodunu işlətmək üçün pul ödədiyinə görə 777,8 milyon dollar cərimə ödəyəcəyi açıqlanıb. Şirkət yaydığı açıqlamada, “"Lafarge” və onun törəmə şirkəti “Lafarge Suriya”, ayrı-ayrı idarəçilərin (menecerlərin) hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Bu hadisənin baş verməsindən çox təəssüflənirik” bildirib.

ABŞ-da məhkəmədə, Fransanın sement nəhəngi “Lafarge”, Suriyada zavodunun fəaliyyətini davam etdirməsi üçün terror təşkilatı İŞİD-ə pul ödədiyini qəbul edib. “Lafarge” şirkəti 777,8 milyon dollar cərimə ödəyəcək.

Şirkətin 2013-cü ilin avqust ayından 2014-cü ilin oktyabr ayına qədər İŞİD-ə təqribən 17 milyon dollar ödədiyi bildirilir.

2015-ci ildə İsveçrədə yerləşən Holcim tərəfindən satın alınan şirkətin yaydığı məlumatda, “Lafarge və “Lafarge Cement Suriya”,  davranışları “Lafarge”ın davranış kodeksini açıq şəkildə pozan müvafiq menecerlərinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Biz bu davranışa görə çox təəssüflənirik və bu problemi həll etmək üçün ABŞ Ədliyyə Nazirliyi ilə işləmişik”, – deyilir.

2018-ci ildə Fransada da “Lafarge”, İŞİD-ə etdiyi ödənişlər ilə insanlığa qarşı cinayətlərin ortağı olmaqda ittiham olunub. “Lafarge” Fransada davam edən istintaqda Fransa hakimiyyəti ilə əməkdaşlığa davam etdiyini bildirib.

Qeyd edək ki, İsveçrənin Holcim şirkəti “Holcim Azərbaycan” ASC-nin də əsas səhmdarıdır.

 





19.10.2022    çap et  çap et