Vaxt.Az

Kirayə ev tapılmır


 

Ev bazarında qiymətlər bahalaşacaq

Kirayə ev tapılmır Artıq divarlara kirayə mənzil verənlər yox, axtaranlar elan yapışdırır. Son vaxtlar paytaxtda kirayə mənzil tapmaq sözün əsl mənasında problemə çevrilib. Rieltorlar bildirirlər ki, tələb çox olsa da, təklif azdır. Xüsusilə də 2 aya yaxındır bu hal müşahidə edilir və olan mənzillər də xeyli bahadır. Rieltor Elsəvər Əsədov deyir ki, sözügedən qıtlıq qiymətlərin 10 faiz artmasına səbəb olub.

Sakinlər də kirayə ev tapmaqda çətinlik çəkdiklərini bildirirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, qiyməti 600-700 manata kimi olan kirayə evləri tapmaq müşkülə çevrilib.

Ramil Qasımzadənin sözlərinə görə, vəziyyət bu cür davam edərsə, 1 və 2 otaqlı mənzillər xeyli bahalaşacaq.

Ekspertin sözlərinə görə Bakı ilə yanaşı, Abşeron rayonu ərazisində də analoji vəziyyət hökm sürür.

 





18.10.2022    çap et  çap et