Vaxt.Az

SEPAH-ın qız məktəbinə növbəti hücumu


 

Yaralanan bir neçə şagird Ərdəbil xəstəxanasına köçürülüb

SEPAH-ın qız məktəbinə növbəti hücumu Ərdəbildən verilən məlumatlara görə, oktyabrın 18-i günortadan sonra İran İnqilab keşikçiləri Korpusunun bir qrup üzvü və bir neçə təhlükəsizlik məmuru Ərdəbil şəhərinin Karşenasan şəhərciyində yerləşən Əlzəhra orta məktəbinə hücum ediblər.

Baş verən son hadisələrdən sonra valideynlərin qınağından qorxan məktəb müdirliyi onların məktəbə buraxılmasına icazə verməyib.

SEPAH və təhlükəsizlik məmurları qanunsuz olaraq məktəb divarından aşıb və şagirdlər arasında dərsliklərin birinci səhifəsindən Xomeynini fotolarını cıran məktəbliləri müəyyən etmək üçün axtarış aparmağa, onların kitablarını yoxlamağa başlayıblar.

Məktəbli qızların etirazları və məktəb həyətində hökumət əleyhinə şüarlar səsləndirmələrindən sonra məmurlar gözyaşardıcı qaz atıb, məktəblilərə qarşı zor tətbiq ediblər.

Məlumatda gözyaşardıcı qazdan boğulan bir neçə qız şagirdin Loğman klinikasına köçürüldüyü bildirilir.

Bu gün oktyabrın 19-da bir qrup SEPAH üzvünün Əlzəhra məktəbinin qarşısına toplaşdığı, şagirdlər arasında qorxu yaratdıqları və bu səbəbdən məktəblilərin bir çoxunun məktəbə girmədən evlərinə qayıtdığı deyilir.

Bu son bir neçə gün ərzində hökumət məmurlarının Ərdəbildə orta məktəblərə növbəti hücumlarından biridir.

Qeyd edək ki, oktyabrın 13-də Ərdəbilin “Şahid” orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.

Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah, Aytək Mikayili və Hana Duzduzani adlı üç qız şagird həyatını itirib.

Hökumət rəsmiləri Əsra Pənahi Xanqahın ölümünü təsdiqləsə də, başqa iki şagirdin ölümü barədə hər hansı açıqlama verməyiblər.

 





19.10.2022    çap et  çap et