Vaxt.Az

Rəqəmsal diktatura


 

İran kibercasusluq proqramlarını gücləndirir

Rəqəmsal diktatura 2021-ci ildən İranın tərcümə olunmuş məqalə, jurnal və kitablarını dərc edən vebsaytı təqlid edən bir vebsayt tərəfindən tərcümə tətbiqi kimi yayılan “FurBall” zərərverici proqramının yeni versiyası aşkar olunub.

“Domestic Kitten” və ya “APT-C-50” kimi tanınan APT (Xüsusi Hədəflənmiş Kiberhücum) İrana aid kibertəhdid iştirakçısı kimi tanınır. 2016-ci ildən müxtəlif vasitələrlə mobil cihazlardan həssas məlumatları toplamaq məqsədilə fəaliyyət göstərir.

“Trend Micro” tərəfindən 2019-cu ildə aparılan taktiki təhlil “Domestic Kitten”in Yaxın Şərq ölkələrini hədəf alan kibercasusluq kampaniyası olan “Bouncing Golf” adlı başqa qrupla potensial əlaqələrini ortaya qoydu.

Araşdırmalara görə APT-C-50 ilk növbədə İran rejiminin sabitliyinə təhlükə yarada biləcək İran vətəndaşlarını, o cümlədən daxili dissidentlər, müxalifət qüvvələri, İŞİD tərəfdarları, İrandakı kürd azlıqları və s. hədəf alıb.

Qrup tərəfindən həyata keçirilən hücum kampaniyası ənənəvi olaraq potensial qurbanları müxtəlif hücum vektorları, o cümlədən İran bloq saytları, “Telegram” kanalları və SMS mesajları vasitəsilə tərcümə proqramı kimi təqdim olunan saxta proqram quraşdırmaq üçün cəlb etməyə yönəlib.

Bütün bunlar göstərir ki, İran hökuməti öz rejiminə qarşı daxili stabillik təhdidlərini çoxdan bəri hiss edib və onsuz da güclü olan rəqəmsal diktaturanı kiberizləmə alətləri ilə möhkəmləndirməyə məcbur olub.

 





21.10.2022    çap et  çap et