Vaxt.Az

AKP-dən «SUS!» əmri


 

Belə getsə Türkiyədə Suriya kəlməsini işlətmək də qadağan olunacaq

AKP-dən «SUS!» əmri Vaxt.az Türkiyə mediasına əsasən xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən gizli toplantının audio yazısının internetə sızdırılmasından sonra ölkədə sular durulmur.

Ölkənin siyasi elitasında daşları yerindən oynadan hadisəylə bağlı hakim Ədalət və İnkişaf partiyası hökumətinin sosial şəbəkələrlə bağlı qadağalarına biri də əlavə olundu. Budəfəki yasaq isə medianı vurdu. Qadağaya gğrə həmin olayla bağlı açılan istintaq işi tamamlanmayana qədər ölkənin bütün media orqanlarında (yazılı, vizual, internet və s.) hər cür xəbər, reportaj və tənqidlərin nəşr və ya nümayiş etdirilməyəcək.

Bu barədə dövlət tərəfindən mediaya nəzarət edən Radio və Televiziya Üst Qurumundan (RTÜK) verilən açıqlamada bildirilib. Belə ki, gizli toplantının «qeyri-qanuni» yollarla dinlənməsi və məlumatın internetə sızdırılması bağlı Xarici İşlər Nazirliyinin iddiası əsasında Gölbaşı Respublika Baş Prokurorluğunda cinayət işi açılıb. Cinayət işi ilə bağlı martın 28-də 2014/366 nömrəli qərarıyla «milli təhlükəsizliyin, cəmiyyət nizamı və cəmiyyət təhlükəsizliyinin qorunması, dövlət sirlərinin açılmasının önlənməsi» məqsədiylə istintaq tamamlanana qədər, istintaq məlumatları haqqında, yazılı, vizual və internet mediasında hər cür xəbər, reportaj, tənqid və s. nəşr və nümayiş edilməsinin Türkiyə Cinayət Məcəlləsinin 5187 saylı qanunun 3/2 maddəsinə əsasən qadağan edilməsinə qərar verilib.

 





29.03.2014    çap et  çap et