Vaxt.Az

Zatulindən Simonyana ...


 

Türk düşmənləri Ermənistana buraxılmayacaq

Zatulindən Simonyana ... Vladimir Putinin media müstəvisindəki əsas təbliğatçısı Margarita Simonyanın Ermənistana girişi qadağan edilib. Bir gün əvvəl Rusiya Dumasının deputatı Konstantin Zatulinin də Ermənistana girişi yasaq elan olunmuşdu...

Heç şübhəsiz ki, bunlar təsadüfi deyil. İstər Konstantin Zatulin, istərsə də Margarita Simonyanın olsun, onların hər ikisi qatı ermənipərəst mövqeyi ilə tanınır. Müvafiq olaraq Azərbaycana və Türkiyəyə düşmən mövqeyi ilə seçilir. Bəs nədən onlara qarşı belə sanksiyalar tətbiq olunur? Çünki onların hər ikisi Nikol Paşinyan iqtidarına qarşıdır. Hər ikisi Ermənistanda pro-Rusiya tərəfdarının dövlət çevirilişi yolu ilə iqtidara gəlməsinə çalışır...

O da maraqlıdır ki, Ermənistan parlametinin sədri Alen Simonyan  İrəvanda keçirilən, Rysiya və Ermənistanın qatı ermənipərəst dairələrini bir araya gətirən "Lazerev Klubu"nun növbəti toplantısına qatılmayacağını bəyan edib. Bu klubda Konstantin Zatulin kimiləri Azərbaycanın əleyhinə hərzə-hədyan bəyanatlar səsləndirərdi. Düşünün ki, barıtı o qədər çox edirdilər ki, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində buna etiraz etməli olurdu...

 





26.10.2022    çap et  çap et