Vaxt.Az

Yay vaxtına keçdik


 

Saatların əqrəbləri 1 saat irəli çəkildi

Yay vaxtına keçdik Azərbaycanda saat əqrəbləri bir saat irəli çəkilib.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA»-ya verilən məlumata görə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
 





30.03.2014    çap et  çap et