Vaxt.Az

«NATO genişlənəcək»


 

«Bu iş hələ yekunlaşmayıb»

«NATO genişlənəcək» NATO-nun baş katibi Anders Foq Rasmussen Şimali Atlantika alyansının genişlənməsi prosesinin davam edəcəyini bildirib. Musavat.com-un «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, baş katib Şərqi Avropa ölkələrinin təşkilata üzvlüyünü «gözəl uğur» adlandırsa da, NATO-nun işinin hələ yekunlaşmadığını deyib.

Qeyd edək ki, hazırda Bosniya və Hersoqovina, Makedoniya, Çernoqoriya və Gürcüstan alyansa qəbul olunmaq istəyir. 

Rasmissen Ukrayna ilə tərəfdaşlıq əlaqələrinin daim möhkəmləndiriləcəyini söyləyib. O, bir daha Rusiyanın Krımdakı hərəkətlərini beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozuntusu kimi qiymətləndirib.

 





30.03.2014    çap et  çap et