Vaxt.Az

...Zəngan Universitetinin rektoru qovuldu


 

Tələbələri müdafiə etdiyinə görə ...

...Zəngan Universitetinin rektoru qovuldu Repressiyalara qarşı çıxdığı üçün Zəngan Universitetinin rektoru Cəlal Bazərqan istefaya göndərilib. Fars-molla polis və təhlükəsizlik qüvvələrinin universitetə girişinə və tələbələri həbs etməsinə mane olduğu üçün rektorun işinin dayandırılması barədə qərar verib.

Onun hökumət qüvvələrinin Universitetə hücumu zamanı qapıların bağlanmasına göstəriş verdiyi və məmurların qapıları açmaq tələbini yerinə yetirmədiyi bildirilir.

Qeyd edək ki, bu günə kimi saxlanılan yüzlərlə tələbədən 385 nəfərinin kimliyi dəqiqləşdirilə bilib.

 





05.11.2022    çap et  çap et