Vaxt.Az

Vətən üçün mübarizə...


 

“Səid tataminin üzərindədirsə, ...”

Vətən üçün mübarizə... “Mollayi tataminin üzərindədirsə, sizin hansı ölkəni təmsil edəcəyinizdən asılı olmayaraq, mütləq Səidi dəstəkləyəcəksiniz. O, bir idmançıdan daha üstündür. Yaşadıqlarına və ətrafındakı hamıya böyük hörmət bəsləyən insandır. “İndi Səid öz evindədir, Vətəni Azərbaycandadır və xalqı da onu çox sevir”, ¬– Beynəlxalq Cüdo Federasiyasının (BCF) son dərc olunan məqaləsində bildirilib.

Müəllif daha sonra qeyd edir ki, 81 çəki dərəcəsində yarışan idmançımız Səid, Bakı Böyük Dəbilqə turnirinin ikinci günündə bütün ürəyi ilə mübarizə apardı: “O, çox yaxşı formada olduğu üçün məğlubedilməzdir və buna görə də 3 qələbə ilə finala irəliləyə bildi. Finalda belçikalı üç qat dünya mükafatçısı Mattias Kasse ilə üz-üzə gəldi. Məqaləyə əsasən, üslubları fərqli olsa da, ikisi də peşəkar idmançıdır. Rəqibini “vaza-ari” xalı ilə məğlub edən Mollayi, ölkəsinə 3-cü qızıl medal qazandırdı. Final boyu azərkeşlər dayanmadan onun adını çağırırdırlar. Bu dəstəyi və izdihamı hiss edən Səid qalib gəldi.

Mollayi fəxri kürsün ən yüksək pilləsinə qalxdı və Bakı Böyük Dəbilqə turnirinin ikinci günü Azərbaycan üçün ayaq üstdə, himnin sədaları altında bitdi.

 





06.11.2022    çap et  çap et