Vaxt.Az

“Haqlı olaraq fəxr edəcəklər”


 

Ali Baş Komandan: “Şuşasız tam qələbəmiz mümkün olmayacaqdı”

“Haqlı olaraq fəxr edəcəklər” “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Bunu noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Şuşa həqiqətən alınmaz qala sayılır: “Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq”. (AZƏRTAC)

 





08.11.2022    çap et  çap et