Vaxt.Az

Araz çayı üçün yeni təhlükə


 

Ermənistan Avropanın puluna təbiətə qənim kəsilir

Araz çayı üçün yeni təhlükə Ermənistanın Vedi çayı üzərində tikdiyi su anbarı Arazda suyun səviyyəsinin kəskin azalmasına səbəb olacaq. Tutumu 32 milyon kubmetr olan anbarın inşası 2023-cü ildə yekunlaşacaq.

Layihənin icrası üçün Fransa İnkişaf Agentliyi Ermənistana 20 milyon avro kredit ayırıb.

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov qeyd edib ki, Vedi çayının Araz çayını qidalandıran əsas mənbələrdən biri olduğunu nəzərə alsaq, belə bir layihənin icrası regionun su təhlükəsizliyi üçün risk yaradır.

Səid Səfərov bildirib ki, bununla əlaqədar beynəlxalq təşkilatlara müraciət etmək lazımdır.

Hidrobioloq Saleh Əliyev isə vurğulayıb ki, Ermənistan bu addımı məqsədli şəkildə atır.

Qeyd edək ki, Ermənistan region ölkələri üçün həm içməli su, həm də suvarma mənbəyi rolu oynayan Araz çayına qarşı illərdir ekoloji terror törədir. Araz çayına tökülən Oxçuçaya Ermənistan ərazisindəki sənaye müəssisələrindən çirkab axıdılır.

 





07.11.2022    çap et  çap et