Vaxt.Az

“İranı vura bilərik”


 

“Bu ehtimala hazırlaşmalıyıq”

“İranı vura bilərik” “İsrailin İrana zərbə endirmək imkanı var, lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq”. Bu barədə İsrailin müdafiə naziri Benni Qants bildirib.

“İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələ ətrafında çox diqqətlə düşünməliyik”, – nazir deyib.

Bundan əvvəl Knessetin (parlament) “Likud” partiyasından olan üzvü Tsaxi Xaneqbi deyib ki, Benyamin Netanyahu hakimiyyətə qayıtdıqdan sonra, ehtimal ki, İranın nüvə obyektlərinə zərbə endirmək əmri verə bilər. (Report.az)

 





09.11.2022    çap et  çap et