Vaxt.Az

“Nəticəni hər kəs biləcək”


 

“Müharibə vaxtı təmkinli olmaq lazımdır”

“Nəticəni hər kəs biləcək” “Heç kəs xoşluqla harasa getmir. Düşmən bizə “xoş məram” nümayiş etdirmir”. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Dneprin sağ sahilinə çəkilməsinə dair xəbərə münasibət bildirərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri addım-addım irəliləyərək mövqelərini möhkəmləndirir.

“İnformasiya məkanında çox sayda sevindirici xəbər var və bunun səbəbi məlumdur. Lakin müharibə vaxtı təmkinli olmaq lazımdır. Nəticə olduqda hər kəs biləcək. Mütləq biləcək”, – deyə Zelenski vurğulayıb.

“Lakin bir şeyi də anlamaq lazımdır. Heç kəs xoşluqla harasa getmir. Düşmən bizə “xoş məram” nümayiş etdirmir”, – Ukrayna rəhbəri bildirib.

“Hər bir addım düşmənin müqaviməti və qəhrəman oğulların ölümü deməkdir. Bu səbəbdən biz çox səliqəli, emosiyasız və əlavə riskə yol vermədən hərəkət edirik. İtkilərimizin mümkün qədər az olmasına çalışırıq”, – deyə Zelenski qeyd edib. (APA)

 





10.11.2022    çap et  çap et