Vaxt.Az

Silikona səcdə?!


 

Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir

Silikona səcdə?! Demokratiya, qadın azadlığı, feminizm çox eybəcərliklər gətirdi. Artıq oğlanların və kişilərin gözündə qadın, qız öz ülviliyini, məchulluğunu, cazibəsini, şəxsiyyətini itirib yalnız xarici görünüşdən, bədəndən, cinsəllikdən ibarət gəlinciyə, robota çevrilib.

Qadın bədənı təbii ehtiyacları ödəmək üçün vasitə deyil! Niyə cəmiyyət və Qadın  bununla razılaşıb?

Qadını Allah bütövlükdə həyat (fiziki, mənəvi, əqli, ruhi həyat) yaratmaq üçün xəlq edib, maddi dünyada Onu əvəzləmək üçün yaradıb. Maddi dünyanın Ruh mənbəyi kimi yaradıb.

Bəla orasıdır ki, qızlarımız da bunu qəbul edib, elə yalnız əndam olmağa çalışırlar.

Bu və digər formada bütün fikirləri əndam düzəltməyə yönəlib.

Dietoloğiya, çərrahiyyə, fitnes , idman, kosmetologiya, bərbərxana, geyim, depilyasiya, silikonlaşma və s. əsas məsələ olub. Bu qədər əziyyətlə və böyük vəsaitə yaradılan bədən isə əlbəttə nümayiş, şou və bazara çıxarılmaq üçündür.

Küçədə, restoranlarda, toylarda qız-gəlin əvəzinə daha çox hərəkətli gəlinciklər, moda , kosmetika mağazalarının vitrinlərini görürük.

Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir.

Tam deqradasiya gedir.

Azadlıq? Yox, azadlıq adı altında  mənəvi anarxiya!

Mənəviyyatın deqradasiyası.

Mənəvi çürümə gedir.

Azadlıq əslində parıltıdan azad, uzaq , sadə, rahat olmaqdır.

Üstü bəzək, altı təzək – Azadlıq demək deyil.

Qadını səcdəyə layiq olmayan cəmiyyət məhvə məhkumdur.

Silikona səcdə?!

Təəssüf və ağrı ilə yazdım.

Əlbəttə içlərində hələ səviyyəli qız, gəlinimiz də var.

Əvvəl deyərdik ki, içərisində pisləri də olur.

İndi içlərində yaxşıları da olur deyirik.

 





12.11.2022    çap et  çap et