Millət vəkili Rasim Musabəyov deyir ki, özünü dünyada insan hüquqları və demokratiyanın təəssübkeşi və müdafiəçisi kimi təqdim edən Fransa əslində şəxsi maraqlarını üstün tutur.
Onun sözlərinə görə, Fransa artıq beynəlxalq müstəvidə qərəzli vasitəçi imicini qazanıb və hazırda dünyanın müxtəlif regionlarında baş verən heç bir münaqişənin tənzimlənməsi prosesinə bu ölkə dəvət olunmur.
Millət vəkili əlavə edib ki, artıq Fransanın Cənubi Qafqazda vasitəçilik etmək istəyinin üstündən birdəfəlik xətt çəkilib.
Rasim Musabəyov vurğulayıb ki, Fransa riyakar və ikiüzlü siyasətini davam etdirdikcə indiki kimi dünyanın əksər regionlarında etibarsız dövlət kimi qəbul ediləcək.