Vaxt.Az

“Bizim prezidentimiz”


 

Cənubi Azərbaycan türkləri də İlham Əliyevə xitabı fars-molla rejimini qıcıqlandırır

“Bizim prezidentimiz” Qərbə bağlı “eurasianet.org” saytı yazır ki, rəsmi media vasitələri üzərindən İran və Azərbaycan qarşılıqlı təhdidləri gücləndirir. İş o yerə çatıb ki, Güney Azərbaycan milli hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı Azərbaycanın dövlət TV kanallarına mütəmadi müsahibələr verir. Hətta Az.TV belə onun müsahibəsini yayır. Halbuki İran ilə Azərbaycan arasındakı qeyri-rəsmi razılığa əsasən ABŞ-da mühacir kimi yaşayan Mahmudəli Çöhrəqanlının 2006-ci ildən etibarən Bakıya girişinə qeyri-rəsmi qadağa qoyulmuşdu...

Bir neçə gün əvvəl də bu məsələ ilə bağlı “Amerikanın Səsi” (ingilisdilli bölümü) geniş məqalə vermişdi...

“Eurasianet.org” saytı yazır ki, Azərbaycanın rəsmi dövlət mediası İrandakı siyasi sistemi “fars-molla rejimi” və ya “molla rejimi” adlandırır. Sayt onu da bildirir ki, artıq Cənubi Azərbaycanın Təbriz və digər şəhərlərində yerli türklər İlham Əliyevə “bizim prezidentimiz” deyə müraciət edirlər...

Məqalədə o da vurğulanır ki, hər iki tərəf bir-birini terrora dəstək verməkdə suçlayır. Əvvəllər balansı saxlamağa çalışan İran isə hazırda birmənalı şəkildə Ermənistana dəstək verir...

 





13.11.2022    çap et  çap et