Vaxt.Az

“Playoff” səviyyəli oyun


 

Ağdamlılar “Sabah”da xal itirdi

“Playoff” səviyyəli oyun Bir çox bolqollu qarşılaşmalardan daha səviyyəli qolsuz bərabərlik matçı. Son vaxtlar ölkə çempionatında dolu tribunalar qarşısında belə keyfiyyətli futbola az rast gəlinirdi. Səviyyəli futbol olanda azarkeşlər də stadiona axışır...

“Qarabağ”ın sərgilədiyi sabit, baxımlı oyun tərzi bəllidir, görüşə prinsipiallığı gətirən, keyfiyyətə keyfiyyət qatan, çəkinmədən, bəhanələr gətirmədən rəqibinə “əlcək atan” “Sabah” oldu!

Oyunda qol vurulmasa da meydanda futbol adına hər şey var idi. Matç – qrup, minimum “playoff” səviyyəsini xatırladırdı. Ağdamlılar avrokuboklardakı bəzi oyunlarda özlərini daha rahat hiss edirdilər. Bu görüş digər iddialı komandalara da bir mesaj oldu!

Matçda iki yox, üç lider komanda var idi. Bəzi xırda məqamları nəzərə almadan oyunun baş hakimi gənc Fərid Hacıyev öz briqadası ilə nəinki görüşü korlamadı, daha sürətli, baxımlı alınmasına şərait yaratdı. VAR-la əlaqə də yerində idi...

“Sabah” – “Qarabağ” matçında məğlub olan olmadı, Azərbaycan futbolu qazandı və bir daha sübut olundu ki, ölkə futbolunun potensialı yüksəkdir, sadəcə nağıllar aləminə qərq olmaq yox, keyfiyyətli iş görmək gərəkdir!

 





13.11.2022    çap et  çap et