Vaxt.Az

Braziliya – ilklər trası


 

Çempion olmaq asandır, adam olmaq çətin

Braziliya – ilklər trası Braziliyada bu həftə üç ilk birdən yaşandı. Hətta 4, bəlkə də 5. Haas ilk poulunu qazandı, Maqnussen ilk poulunu qazandı, Rassell ilk dəfə sprint qazandı, Rassell ilk dəfə yarış qazandı.

Rasselin tempi bu gün bütün dövrələrdə Hamiltondan üstün idi. Bütün stindlərdə üstün gedirdi. Fərqə istədiyi kimi nəzarət edirdi. Verstappen restartda tələsməsə, böyük ehtimalla ikisini də keçərdi. Zədəli maşınla cəza ala-ala 6-cı oldu. Amma yaxşı ki, o insident yaşandı. Mövsümə başqa bir rəng gəldi. 

Eynilə Lekler də Norrislə mübarizədə çox tələsdi. Orada Verstappen və Hamilton sıradan çıxıb. Norrisi səliqəli hücumla keçsən, bəlkə qələbə mübarizəsi verəcəksən. Niyə tələsirsən? Ondan başqa “Ferrari” ağır maşınla niyə daha sərt təkərlə başlayır?

Alonsonun bugünkü yüksəlişi həzz verdi. Hələ dünənki səhvindən sonra Hamilton fanatları adamı Latifiyə tay tuturdular. Üzlərini görmək istəyərəm.

Sonda Lekler niyə yer istəyir? Sayns bu gün çox gözəl yarışdı. Səhvsiz yarışdı. Həm Leklerə yer versə, çox yaxınlıqda olan Alonso da yer qazana bilərdi. Hər şeyə rəğmən “Ferrari” zərəri minimuma endirdi. 44 xala qarşılıq 27 xal. “Mercedes” hələ də 19 xal uduzur ikincilik mübarizəsində.

Amma Verstappenin hərəkəti düzgün deyildi. Arada 2017 Macarıstana baxıb Hamiltondan adamlıq öyrənsə, yaxşı olar. Məndən belə şey istəməyin nə deməkdir? Perez o qədər yer verib ona qalsa. 

Məncə, artıq “Alpine” 4-cülüyü, “Alfa Romeo” da 6-cılığı təmin etdi. İnanmıram Əbu Dabidə yerlər dəyişsin. 

Perez Lekler mübarizəsində Perezi daha üstün görürəm. Əbu Dabi “Red Bull”a daha uyğundur çünki.

 





14.11.2022    çap et  çap et