Vaxt.Az

Paşinyandan əvvəl Əliyevlə məsləhətləşmə ...


 

Makron nüfuzunu göstərmək istəyir?

Paşinyandan əvvəl Əliyevlə məsləhətləşmə ... Makron Azərbaycanla münasibətlərin müsbət məcrada inkişafına maraqlı olduğunu göstərməyə çalışır.

Maraqlıdır ki, Makronun budəfəki zəngi məhz prezidentin 44 günlük müharibədə qazandığımız Zəfərin 2-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı Fransanın dövlət başçısını qeyri-ciddi, qeyri-obyektiv, qərəzli biri kimi təqdim etməsindən sonra baş tutub.

Digər tərəfdən bu zəng Fransanın ənənəvi Frankfoniya tədbirləri ərəfəsində edilib. Frankfoniya tədbirləri fransız mədəniyyətinin təbliği kimi təqdim olunsa da, əslində erməni lobbisinin təbliğinə həsr olunur.  Noyabrın 17-19 tarixində keçiriləcək tədbirlər zamanı Makronun Paşinyanla görüşü olacaq.

Senatın sanksiyalar layihəsi qəbulu öncəsi Makron bu zənglə münasibətləri yumşaltmağa yönəlik bir cəhd kimi, həmçinin təəssürat yaradır ki, guya Paşinyanla müzakirə olunacaq məsələləri Azərbaycan prezidenti ilə məsləhətləşir.

 





15.11.2022    çap et  çap et