Vaxt.Az

Seçki saxtakarlığına aid fakt


 

MHP və CHP-yə verilmiş səs bülletenləri və seçki protokollar zibil qutularından çıxdı - (FOTOLAR)

Seçki saxtakarlığına aid fakt Türkiyənin Osmaniyyə şəhərinin Duzciçi bölgəsində seçkinin saxtalaşdırılması faktı ortaya çıxıb. Bu bölgənin 6 məktəbinin zibil qutularında üzərində Türkiyənin müxalif partiyaları MHP və CHP-yə səs verilmiş kütləvi sayda seçki bülletenləri tapılıb. Zibil paketlərini yandırmaq istəyərkən orada topa bülletenlərlə dolu qutuların və seçki protokollarının olduğu aşkarlanıb.

Vaxt.az Türkiyənin hürriyet.com.tr saytına istinadən xəbər veriri ki,  Həmin zibil paketlərinin Uzunbanu ibtidai məktəbi, Atatürk ibtidai məktəbi, Atatürk liseyi, Cümhuriyyət ibtidai məktəbi, Cümhuriyyət liseyi və CEAŞ Anadolu liseyinə aid olduğu müəyyən edilib. Hadisədən xəbərdar olan MHP-nin namizədi Məhəmməd Qaya və onun CHP-li rəqibi Alper Önər Ali Seçki Qurumuna etiraz və Cümhuriyyət Prokurorluğuna isə şikayət ərizəsi yazıb.

Hadisəylə bağlı Düziçi polis bölməsində araşdırma başlanılıb.

 





01.04.2014    çap et  çap et