Vaxt.Az

İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı


 

GMİ şeyxi nələri etiraf etdi?

İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı Gürcüstanda nə baş verir? İran bu ərazilərdə illərdir necə güclənib? Soydaşlarımız İranın təsiri altına necə düşüblər?

“Xəzər Xəbər”in çəkiliş qrupu Gürcüstanda 1 həftə olaraq bu mövzunu ətraflı şəkildə araşdırıb.

Çəkilişlər əsasən Tiflis, Marneuli, Qaraçöpdə aparılıb.  Burdakı ziyalılar, ağsaqqallar, din xadimləri, sadə vətəndaşlarla söhbətlər edilib, mövzu ilə bağlı suallar verilib.

Gürcüstan Müsəlmanları İdarəsinin ilk şeyxi Vaqif Əkbərov nələri etiraf edib? Onun şeyxlikdən getməsində İran niyə maraqlı idi? Gürcüstandakı məscidlərə hansı qurum nəzarət edir?

Araşdırma nəticəsində məlum olub ki, Gürcüstanda İran sərmayəli  11 min 751  təşkilat, şirkət fəaliyyət göstərir. Onlar öz fəaliyyətlərini necə qururlar? Gürcüstandan İrana avtobus səfərlərini kim təşkil edir? Soydaşlarımız İranın hansı dini şəhərlərinə aparılır? 

Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze din xadimləri ilə bağlı hansı məsələnin aktual olduğunu vurğulayıb?

 





17.11.2022    çap et  çap et