Vaxt.Az

Parayı verən düdüğü çalar


 

İnfantino gözlənilməz cavabla Qərbin ikiüzlülüyünü qınayıb

Parayı verən düdüğü çalar Bütün dəyərləri maddi olan birinin hər şeyini pulla almaq, pul qarşılığında ona hər şey etdirmək, dedirtmək mümkündür, hətta həqiqətləri belə.

Qətərdə keçirilən dünya çempionatında spirtli içkilərin satılmaması, LGBT təbliğatına qadağa və s. kimi qaydalara ağız büzənlərin çox olduğu bir zamanda FİFA prezidenti Canni İnfantino etirazçılara lazımlı dərslərini verib. 

Mundilanda insan haqqlarının pozulması haqda danışanlara “əsl insan haqqlarını avropalılar uzun illər ərzində bütün dünyada pozub, biz camaata əxlaq dərsi verməzdən əvvəl etdiklərimiz üçün bütün dünyadan üzr istəməliyik” deyə İnfantino gözlənilməz cavab verib və Qərbin ikiüzlülüyünü qınayıb. 

İçki qadağası haqda danışanlara isə “bir neçə saat içməsəniz, ölmərsiniz” deyən İnfantino stadionlarda spirtli içki qadağasının Portuqaliya, Fransa, İspaniya, Şotlandiya kimi ölkələrdə də olduğunu bildirib. 

Maraqlı çıxışdır, türklər demiş “parayı verən düdüğü çalar”. Adamın parasını verib həqiqətləri dedirdirlər.

 





19.11.2022    çap et  çap et