Vaxt.Az

Ərkyana söz “davası


 

Yaxud xalq meydan teatrının bir göstərisi

Ərkyana söz “davası TV-lərdə meyxana barədə akademik və uzun-uzadı müzakirələr nəyə gərəkdir? Tragikomediyadır vallah...

Ölkənin problemləri qalıb bir tərəfdə, ciddi  ifadə ilə “ay can alan can olacaq” qafiyəsinin ictimai-siyasi həyata təsiri barədə danışılır.

Azərbaycanda meyxana həmişə olub, heç daşqəlbli sovet rejimi belə bunun qarşısını ala bilmədi. 

Ağasəlimin, Nizaminin-daha kimlərin kasetləri əlaltda satılır, qulaq asılır, toyda dinlənirdi. 

Səhər də hamı çıxıb gedirdi işinə-gücünə...

Meyxana yüngül əhval üstündə söz deyişməsi, yalançı “hərbə-zorba”dır... Kişilərin məclis üstündə dinlədikləri zarafatyana və ərkyana söz “davasıdır”. Dedin, elə orda da qaldı...

Nizami Rəmzinin meyxanaları SSRİ-nin aşkarlıq dövrünə düşdü. O, qafiyələrində Azərbaycan xalqının azadlıq mübarizəsini tərənnüm edirdi. 

Bu da məşhur meyxanaçının bu prosesə töhfəsi idi. Nizamidən başqa daha heç kim bu xətti aparmadı. 

Meyxana xalq meydan teatrının bir göstərisidir. Meydan tamaşalarının isə heç vaxt akademik kültür iddiası olmayıb. 

Hərə öz yerində gözəldir.

Yoxsa ki, Puşkin elə gəldi, kultura belə getdi, gənclər oxumadı...

 





18.11.2022    çap et  çap et