Vaxt.Az

İkincilik uğrunda mübarizə


 

Sabahkı finiş maraqlı olacaq

İkincilik uğrunda mübarizə Bu gün Maks ideal dövrə vurdu - əvvəlki sessiyalarda maşının önündən narazı olan niderlandlı sürücü son sessiyada sanki uçurdu və hətta ilk cəhdi belə poula yetərli idi. Rəqibləri üçün əlçatmaz idi və mövsümə xas olan səhvlərə yol vermədi.

Komanda da əla işlədi və Peresi də ilk cərgəyə çıxartdı, əgər sabah yarışın startı və gedişi normal olsa, finişi də maraqlı olacaq.

Amma finişi gözləməyə ehtiyac qalmaya da bilər. Çünki ikinci cərgə “Ferrari”lərin və arxadakı cərgə “Mercedes”lərin oldu. Startda və yarışın gedişində fərqli ssenari ola bilər. Çempionatda 2-ci yer uğrunda mübarizə gedir. Hətta “Mercedes”lər önə çıxsalar belə, “Ferrari”lərin onların arxasında finiş görməsi 2-cilik üçün kifayətdir.

Bu həftəsonu Fettelindir sevimli traslarından birində yenə də son sessiyaya qədər gəldi. Yarış tempi ikinci liqanın ən yaxşısı olmağa imkan verəcək. Finişdən sonra isə bu dəfə Lyuis və Fernando onu yola sala bilərlər...

Sabah mövsümün son yarışıdır, bəzi sürücülər üçün karyerasının son yarışıdır, bəziləri üçün indiki komandalarda son yarışdır. Biz isə sadəcə gələn mövsümə köklənmişik...

 





19.11.2022    çap et  çap et