Vaxt.Az

NATO Azərbaycanda möhkəmlənməyə hazırlaşır


 

Almaniya mətbuatı məxfi sənəd yaydı

NATO Azərbaycanda möhkəmlənməyə hazırlaşır Rusiyanın Krımı ələ keçirməsindən sonra NATO Şərqi Avropada mövqelərini gücləndirmək üçün fəaliyyət planı qəbul edib. Virtualaz.org saytı xəbər verir ki, Almaniyanın «Spiegel» jurnalının redaksiyasına NATO-nun Tərəfdaşlıq Komitəsi tərəfindən ötən həftə qəbul edilən, Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın gücləndirilməsinə dair praktiki tədbirləri müəyyən edən «məxfi» qrifli sənəd daxil olub.

Jurnalın yazdığına görə, Qərblə Rusiya arasında «yeni buz dövrünün» başlaması NATO-ya yeni impuls verib. Şimali Atlantika Alyansı Şərqi Avropada daha böyük nüfuza malik olmaq və bununla kifayətlənməyərək Şərqə doğru irəliləməyə can atır.

Yeddi səhifədən ibarət məxfi sənəddə deyilir ki, NATO regiondakı müttəfiqlərinə hansı yolla daha yaxşı dəstək vermək yollarını diqqətlə öyrənməlidir.

Sənədə görə, NATO Azərbaycan, Ermənistan və Moldovanın alyansın smart-müdafiə layihələrində iştiraka həvəsləndirəcək. Bura həmin ölkələrə silah satılması, hərbi potensialdan daha yaxşı istifadə olunması üçün bu potensialın birləşdirilməsi və xüsusiləşdirilməsi daxildir. Hər ölkə üzrə ayrıca fəaliyyət planı hazırlanıb.

Sənədə görə, Moldovada NATO-nun iştirakı gücləndiriləcək. Azərbaycanla kiber və energetika təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndiriləcək, Ermənistanda isə NATO silahlı qüvvələrə hazırlıq keçəcək.

NATO-nun bu planlarının həmin üç ölkə ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil.

 





01.04.2014    çap et  çap et