Vaxt.Az

Saxalində partlayış


 

4 uşaq olmaqla 9 nəfər ölüb, 33 nəfərdən xəbər yoxdur

Saxalində partlayış Rusiyanın şərqindəki Saxalin adasındakı beş mərtəbəli binada baş verən partlayış azı doqquz nəfər, o cümlədən dörd uşaq ölümünə səbəb olub. Bu barədə dünən rəsmilər məlumat verib.

Partlayışa qaz balonunun səbəb olduğu ehtimal olunur.

Rəsmilər deyib ki, dağıntılar arasında sağ qalanları axtarışı davam edir. Bölgə prokurorluğu partlayışla bağlı istintaq başladıb. İstintaq Komitəsində ehtiyatsızlıqdan insan ölümünə və əmlaka ziyana görə cinayət işi açılıb.

Saxalinin qubernatoru Valeri Limarenko “Telegram” kanalında, binada yaşadığı bilinən təxminən 33 nəfərin itkin sayılması barədə yazıb.

Qubernatorun sözlərinə görə, partlayışdan zərər çəkən sakinlərə müvəqqəti sığınacaq verilib. Evlərini itirən ailələrə 500 min rubl (8217 dollar) təzminat ödənəcək. Limarenko deyib ki, bundan başqa ölən insanların qohumlarına 1 milyon rubl (16 434 dollar) veriləcək.

 





19.11.2022    çap et  çap et