Vaxt.Az

Araz həsrəti ...


 

Fars-molla rejiminin gerçək üzü

Araz həsrəti ... Noyabrın 20-də Ankara vaxtı ilə saat 17:30-da Türkiyənin “Haber Global” telekanalında İrandakı iki aylıq etirazlar dalğasına və oradakı azərbaycanlıların düşdüyü vəziyyətə həsr olunmuş sənədli film yayımlanıb.

Filmdə 1979-cu ilin fevral hadisələrinin kinoxronikasının nadir görüntüləri təqdim olunur. Həmin filmdə küçələrə çıxmış insanlara qarşı İran ordusunun və hətta tanklarının istifadə edilməsi göstərilir. Bildiyiniz kimi, həmin vaxt 500-ə yaxın insan həlak olmuşdu və hazırda eyni hadisələr təkrarlanır.

Promo çarxı Bəxtiyar Vahabzadənin Araz çayı ilə yarı bölünən, Rusiya və Fars imperiyaları arasında 1828-ci ildə imzalanan saziş nəticəsində sərhədin iki fərqli tərəfində qalan azərbaycanlıların birlik simvoluna çevrilən şeirləri ilə tamamlanır.

 





21.11.2022    çap et  çap et