Vaxt.Az

Rusiya Belarusa “Xəncər” göndərdi


 

Amma raketlərin ehtiyatları məhduddur

Rusiya Belarusa “Xəncər” göndərdi Rusiya Belarusa MiQ-31K təyyarələrini daşımağa qadir olan “Kinjal” (“Xəncər”) hipersəs ballistik raketlərini verib. Lakin bu raketlərin ehtiyatları məhduddur. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Britaniya kəşfiyyat agentliyi bildirir ki, əldə etdiyi görüntülər Rusiyanın iki MiQ-31K ələ keçirən təyyarəsinin oktyabrın 17-də Belarusun Maçulışçi aerodromunda, müdafiə strukturunda böyük anqarın yanında yerləşdiyini göstərir.

“Çox güman ki, anbar “Xəncər” hipersəs ballistik raketi - MiQ-31K-nın daşımağa uyğunlaşdırılmış iri ölçülü döyüş sursatları üçün nəzərdə tutulub”, – məlumatda qeyd olunub.

 





01.11.2022    çap et  çap et