Vaxt.Az

Cavanrud və Soyuqbulaqda qətliam


 

Xəstəxanalar yaralıya dolub, qan çatışmazlığı üçün əhaliyə müraciət olunub

Cavanrud və Soyuqbulaqda qətliam Güney Azərbaycanın Cavanrud şəhərində (Kermanşah əyaləti) məzlum xalq repressiv hökumət qüvvələrinin qarşısını kəsmək üçün barrikadalar qurub. Repressiv qüvvələr əhaliyə qarşı gözyaşardıcı qaz atır. Fars-molla rejimi odlu silahlarla dinc etirazçılara atəş açmaqdan çəkinmir.

Şəhərdə əsl qırğın baş verib. Etirazçılar arasında çoxlu sayda ölü və yaralı var. Şəhər xəstəxanası qan çatışmazlığı səbəbindən əhaliyə müraciət edərək, qan verilməsini istəyib.

***

Noyabrın 19-dan 20-ə keçən gecə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində SEPAH-ın keçirdiyi əməliyyat nəticəsində 11 nəfər öldürülüb.

Şəhərin İran parlamentindəki üzvü Calal Mahmudzadə bununla bağlı İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə məktub yazdığını deyib. O, Soyuqbulaq əhalisinə təsəlli üçün hökumət nümayəndələrindən ibarət nümayəndə heyətinin bölgəyə göndərilməsini tələb edib.

Millət vəkili öldürülən şəxslərin etiraz aksiyalarında iştirak etmədiklərini deyib.

 





22.11.2022    çap et  çap et