Vaxt.Az

Dollar qəddini düzəldir


 

FED rəsmilərinin açıqlamaları enişdi durdurdu

Dollar qəddini düzəldir Dollar indeksinin cari ticarət həftəsinə qismən yüksəlişlə başlaması fonunda avro, funt-sterlinq, qızıl və digər major valyutalar dollar qarşısında bir qədər ucuzlaşıb.

Bu gün 20:00 və 23:15-də “FOMC” üzvləri Klevlend FED-in sədri Loretta Mester, Kanzas Siti FED-in sədri Ester Corc və Sent Luis FED-in sədri Cim Bullardın monetar siyasətin gələcək yol xəritəsi ilə bağlı açıqlamaları dollar indeksində tendensiyanın gələcək taleyini müəyyənləşdirə bilər. 

Dollar indeksində artım tendensiyası davam edərsə, avro 1 dollara, funt isə 1.16-a kimi ucuzlaşa bilər. 

Ötən həftənin cümə axşamından etibarən dəyər itirən qızıl hazırda dünya birjalarında 1744 dollardan təklif olunur. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1735 həddinin altına düşsə, 1711-ə kimi ucuzlaşa bilər.

 





22.11.2022    çap et  çap et