Vaxt.Az

Baş nazirin səsi necə açıldı?


 

Ərdoğan opera sənətçilərinin də istifadə etdiyi üsuldan faydalanıb

Baş nazirin səsi necə açıldı? Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir necə gün öncə batan səsinin hansı yolla açıldığı bəlli olub. ANS PRESS-in məlumatına görə, baş nazir opera sənətçilərinin də istifadə etdiyi "bal-turp" məhlulundan və başqa təbii vasitələrdən istifadə edib. O, bal və turpun qarışığından əldə edilən mayeni 24 saat saxladıqdan sonra içib.

Məlumata görə, Ərdoğanın səsi tutulandan sonra çox sayda sənətçi, akademik, həkim səsin açılması üçün üsullar təklif ediblər. Baş nazir bütün bu təkliflərə müsbət yanaşaraq, tətbiq edilməsinə icazə verib.

R.T.Ərdoğana təqdim edilən məhlullardan biri də süd və kərəvuz qarışığı olub. 4 stəkan qoyun südünə 1 çay qaşığı döyülmüş kərəviz əlavə edilərək qaynadılır. Gündə 3 dəfə bir stəkan içilir.

Səsi tutulan nazirə edilən tövsiyələr arasında boğaz nahiyəsinə adaçayı, kəklikotu ilə isti kompres qoymaq, bal, qara istiot, zəncəfil və limon qarışığı da olub.

 





01.04.2014    çap et  çap et