Vaxt.Az

ÜDM proqnozların altında qaldı


 

Ehtimal edilənlərin beşdə biri qədər artım olub

ÜDM proqnozların altında qaldı Avrozona iqtisadiyyatı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0.2 faiz böyüyüb.

Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci il üçün Avropa İttifaqı (Aİ) və Avrozonanın üçüncü rübündə artım templəri ilə bağlı aparıcı məlumatları dərc edib.

Hesabata görə, 19 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş Ümumi Daxili Məhsul (ÜDM) üçüncü rübdə bir əvvəlki rüblə müqayisədə 0.2 faiz artıb. Lakin proqnozlar ÜDM-in 1 faiz artması yönündə idi. Beləliklə, Avrozonada iqtisadi inkişaf səviyyəsi bazar gözləntilərindən geri qaldı.

Avrozonada ÜDM 2022-ci ilin üçüncü rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz artıb.

AB-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM üçüncü rübdə bir əvvəlki rüb görə 0.2 faiz, bir əvvəlki ilin eyni dövrünə görə isə 2.4 faiz çoxalıb.

 





02.11.2022    çap et  çap et