Vaxt.Az

Mossad təhlükəsizliyi gücləndirib


 

İranın təhdidlərinə qarşı önləm alınıb

Mossad təhlükəsizliyi gücləndirib “İranın terror təhdidlərinə görə Mossad rəhbərlərinin mühafizəsi gücləndirilib”. Bu barədə İsrailin “Kan” telekanalı xəbər yayıb.

İranın təhdidləri səbəbindən Xarici Kəşfiyyat Xidməti və “Xüsusi Əməliyyat” bölməsi Mossad rəhbərlərinin qorunması üçün əlavə tədbirlər görüb. Məlumatda mühafizənin gücləndirilməsi işinin ölkə daxilinə də aid edilib-edilmədiyi barədə açıqlama verməyən telekanal, bunun əsasən xarici ölkələrə səfər edən yüksək rütbəli Mossad məmurları ilə bağlı olduğu qeyd edilib.

Qeyd edək ki, bundan öncə İslam Respublikası rəsmiləri və SEPAH komandirləri İranda baş verən müəmmalı sui-qəsdlərə görə İsraildən qisas alacaqlarını bəyan ediblər.

 





25.11.2022    çap et  çap et