Vaxt.Az

Qətərdə panika


 

Azarkeşlərin yerləşdiyi ərazidə yanğın baş verdi

Qətərdə panika Qətərdə keçirilən Dünya Çempionatında komandalarına dəstək üçün müxtəlif ölkələrdən gələn azarkeşlərin yerləşdirildiyi Lusail bölgəsində yanğın başlayıb.

Bu dəqiqələrdə yayılan xəbərlərə görə, Qetaifan adasının yaxınlığıından qalın tüstü dumanı qalxdığı görülüb. Göy üzünü bürüyən tüstünün hətta paytaxt Dohadan belə göründüyü bildirilir.

Rəsmilər, yanğının inşa olunan bir binadan çıxdığını söyləyib.

Yanğının baş verən zaman ərazidə panika baş verib. Həmin ərazinin maçların oynandığı stadionlardan birindən 3 km aralıda olduğu da gələn xəbərlər arasında.

Yanğın olan bölgəyə yanğınsöndürənlər və polislərin yol aldığı da deyilir.

 





26.11.2022    çap et  çap et