Vaxt.Az

Məsuliyyətli atalıq görəvi


 

5 ay ərzində 8 rayonda gənc atalar və ata olmağa hazırlaşan gənclərlə görüşlər

Məsuliyyətli atalıq görəvi Avropa İttifaqının maliyyə dəstəyi BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Atalar Məktəbi Məsuliyyətli Atalığa Doğru” layihəsinin sonuna gəldik. Bu gün Tovuz və Ağstafada layihənin bağlanışını etdik.

5 ay ərzində hər həftəsonu Bakıdan başlayıb Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Qax, Tovuz və Ağstafada gənc atalar və ata olmağa hazırlaşan gənclərlər görüşdük. 5 ay ərzində toplam 8 regiona 10000 km-ə yaxın yol qət edib, hər regionda 60-dan çox insanla tanış olub, ünsiyyət qurub məsuliyyətli atalıqdan danışmaq çox maraqlı idi.

Ölkənin fərqli regionlarında fərqli düşüncəli və həyat baxışlı insanlarla işləmək, yeni insanlar tanımaq tam fərqli bir təcrübə idi. Bizi birləşdirən bir dəyər vardı: məsuliyyətli atalıq. Hər kəs daha yaxşı, daha məsuliyyətli ata olmaq üçün hər görüşə bir fərqli həvəslə gəlirdilər.

Layihə bitdi, mən indidən o maraqlı görüşlər üçün darıxıram. Ancaq sevindirici haldır ki ən böyük dəstəkçimiz olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən layihə keçirilən bölgələrdəki gənclər evlərində ayrılan otaqlarda biz layihənin davamlılığını edə biləcəyik.

Bu il layihədəki monitorinq və mentorluq məsuliyyətimlə yanaşı Azərbaycan Maarifçilər Assosiasiyası olaraq layihənin icraçısı kimi də öhdəliyimiz vardı. Nə qədər uğurla öhdəsindən gəlib-gəlmədiyimizi isə layihədə iştirak edən atalar deyə bilər.

Biz nə ediriksə təhsil və toplum üçün dürüstcəsinə edirik. Düşünürük ki dünya hamımıza çatacaq qədər böyükdür. Qəlbinizdən sevgini, zehninizdən yeni bilik və maariflənməyi əksik etməyin.

 





27.11.2022    çap et  çap et